İrakli Alasaniya: “Gürcüstanda hərbi strukturlar siyasətdən kənar olacaq”

İrakli Alasaniya: “Gürcüstanda hərbi strukturlar siyasətdən kənar olacaq”
# 28 oktyabr 2012 00:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda hərbi strukturlar siyasətdən kənar olacaq.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Müdafiə Naziri İrakli Alasaniya oktyabrın 27-də qərargah rəhbərləri ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, o birinci növbədə üzv olduğu “Azad Demokratlar” partiyasından çıxmaq niyyətindədir. İ. Alasaniya müdafiə naziri kimi məqsədini də açıqlayıb: “ Məqsədim hər bir əsgərin hüquqlarının müdafiəsi və ordunu sürətli, mobil, çevik və döyüşə layiq orduya çevirməkdir. Bunun üçün müdafiə nazirliyində daha şəffaflıq olmalıdır. O, şəffaflığı təmin etmək üçün vətəndaş nəzarətin gücləndirilməsinin vacib olduğunu və eyni zamanda KİV və parlament tərəfindən də nəzarət olacağını bildirib.”
Gürcüstanın Müdafiə Naziri hələlik nazirlikdə böyük kadr dəyişikliyi həyata keçirməyəcəyini deyib. O, bazar ertəsi baş nazir Bidzina İvanişvili ilə razılaşdıqdan sonra nazir müavinlərinin bəlli olacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR