Kürdəmirdə avtomobil kanala düşüb, sürücü ölüb

Kürdəmirdə avtomobil kanala düşüb, sürücü ölüb
# 15 iyul 2012 11:28 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 2:00 radələrində Kürdəmir-Ağsu yolunun Şahbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir sakini, 1976-c il təvəllüdlü Səfərov Eyvaz Marozxan oğlu idarə etdiyi 54-BG-943 dövlət nömrə nişanlı “VAZ 21099” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun üzərindəki körpüdən Yuxarı Şirvan kanalına aşırıb. Hadisə nəticəsində sürücü E.Səfərov dünyasını dəyişib.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən aradırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR