Qaz borusu oğurlayan Lənkəran rayon sakini tutulub

Qaz borusu oğurlayan Lənkəran rayon sakini tutulub
# 31 oktyabr 2012 10:42 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda qaz borusunu oğurlayan şəxs tutulub. Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Məlumata görə, oktyabrın 30-na keçən gecə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində yeni qaz xətti çəkmək üçün "Alıbəyli" Şirkəti tərəfindən gətirilmiş 244 metr uzunluğunda qaz borusu naməlum şəxs tərəfindən oğurlanıb. ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri sayəsində cinayət hadisəsinin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Qəhrəman Həsənov tərəfindən törədildiyi müəyyənləşdirilib. Q.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR