Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri apreldə bahalaşıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri apreldə bahalaşıb
# 10 may 2012 13:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki aya nisbətən 4,5% artıb, sərnişindaşıma tarifləri isə 0,4% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 4,6% ucuzlaşıb, idxal üzrə 3,9%, yerli əlaqə üzrə 1%, tranzit yüklərin daşınması üzrə 0,3% isə bahalaşıb: «Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 13,4% ucuzlaşma müşahidə olunub».

Dəniz nəqliyyatı vasitəsilə xarici ölkələrə yükdaşıma tarifləri 5,4% artıb. Hava nəqliyyatında 1 ton yükün MDB ölkələrinə daşınma tarifi 0,1%, sərnişindaşıma tarifləri 13,3% bahalaşıb, digər xarici ölkələrə isə sərnişindaşıma tarifləri isə 0,2% ucuzlaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 7,2% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR