BMT: Dünyada ərzağın bahalaşması yeni böhrana səbəb ola bilər

BMT: Dünyada ərzağın bahalaşması yeni böhrana səbəb ola bilər
# 10 avqust 2012 10:58 (UTC +04:00)
«APA-Economics»in BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən məlumatına görə, qiymətlərin artımı nəticəsində 2007-2008-ci ildəki ərzaq böhranı təkrarlana bilər.

FAO-nun məlumatına görə, qiymət artımının əsas səbəbi dünyanın ərzaq bazarında mühüm yer tutan ölkələrdəki çətinliklərdir, bura Braziliyadakı vaxtsız güclü yağışlar, ABŞ-dakı quraqlıq və Rusiyadakı istehsal çətinlikləri aiddir.

Nəticədə, iyul ayında ərzaq ümumilikdə 6% bahalaşıb. Taxılın qiyməti 17%, şəkərin qiyməti 12% yüksələrək növbəti maksimumlara çatıb. Qarğıdalının qiyməti isə 30%-dən çox artıb: «ABŞ-da quraqlıq nəticəsində qarğıdalı tədarükü ilə bağlı proqnozların kəskin azalması iyul ayında qiymətləri 33% artırıb», – deyə FAO bildirir.

Bununla yanaşı, iyulda düyü və süd məhsullarının qiyməti dəyişməyib, ət isə ümumiyyətlə 1,7% ucuzlaşıb. Təşkilatın ekspertləri bildirirlər ki, baş verənlər fonunda 2007-2008-ci illərdəki vəziyyətin təkrarlanacağı ehtimalı yaranır. Bunun baş verməməsi üçün düzgün siyasət aparılmalı və bazara çıxarılan məhsullar məhdudlaşdırılmamalıdır.

Qeyd edək ki, bu ilin əvvəlindən ərzaq qiymətlərinin bahalaşması Mərkəzi və Qərbi Afrikada artıq ərzaq böhranına səbəb olub və 18 mln. əhaliyə təsir edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR