Azərbaycan Premyer Liqası dünyanın ən zəif çempionatları arasındadır

Azərbaycan Premyer Liqası dünyanın ən zəif çempionatları arasındadır
# 21 fevral 2012 08:14 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası 129 liqanın yer aldığı siyahıda 93-cü yerdədir.

Hesabında 2038,5 xal olan Premyer Liqamız postsovet məkanı təmsilçilərindən Qazaxıstan, Tacikistan və Qırğızıstanı qabaqlasa da, Panama, Vyetnam, Tailand, Livan və Malayziya kimi çempionatlarından geri qalır.

Həmyerlimiz Araz Abdullayevin çıxış etdiyi Yunanıstan Superliqası 6775 xalla 11-dir. Dünyanın ən güclü 3 çempionatı Avropadadır. Bunlar İngiltərə (12619), İspaniya (12314) və İtaliya (11513) liqalarıdır.

Qeyd edək ki, Premyer Liqamız Avropanın 48 çempionatı arasında 44-cü yerdə gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR