Memarlıq və İnşaat Universitetində elektron təhsil sisteminin tətbiqinə başlanacaq

Memarlıq və İnşaat Universitetində elektron təhsil sisteminin tətbiqinə başlanacaq
# 02 aprel 2012 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının “Cənubi Qafqazda e-təhsilin institusional quruculuq və insan resurslarının inkişafı” layihəsinin sonuncu mərhələsi üzrə təliminin açılışı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Arif Şərifov layihənin əhəmiyyəti, təmsil etdiyi müəssisədə bu istiqamət üzrə görülən işlər barəsində danışıb. O deyib ki, AMİU-da elektron təhsil sisteminin tətbiqinə başlanacaq: “Bu məsələdə universitetdə lazımı işlər görülməkdədir. Hesab edirəm ki, xüsusilə distant təhsilin inkişafında bu layihənin əhəmiyyəti böyük olacaq”. A. Şərifov prosesin mərhələli şəkildə həyata keçiriləcəyini də vurğulayıb: “Artıq universitetdə e-kitabxana yaradılıb. Fakültələr, kafedralarımız bu sistemə keçirlər”.

Sonra tədbirdə layihə üzrə ölkə əlaqələndiricisi Elşən Nuriyev və ali məktəbin nümayəndələri danışıblar. Yığıncaqda “Təlim dizaynı”, “Məzmunun hazırlanması”, “e-təlimçilik”, “Strategiyanın hazırlanması və idarəetmə” mövzularında çıxışlar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR