Zaqatalada FHN-nin Operativ Qərargahı yaradılıb
07 may 2012 21:59 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, qərarhagda FHN-nin mərkəzi aparatının və regional mərkəzinin əməkdaşları ilə yanaşı Zaqatala rayonunun icra sturkturlarının nümayəndələri də fəaliyyət göstərirlər.
Agentliyin yerli bürosunun əməkdaşının bildirdiyinə görə, əsasən Zaqatalada evləri zərər çəkmiş insanlar çadırlarla təmin olunur. Zaqatalanın Gözbarax, Zəyəm, Qımır, Çobankol, Bazar və Qax rayonunun Güllü, Tasmalı, Ləkid, Zərnə, Lələpaşa kəndlərində evləri qəzalı vəziyyətə düşən sakinlərə çadır paylanılıb.
Qeyd edək ki, ötən gün səhər saat 09.40 radələrində Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra isə müxtəlif vaxtlarda təkanlar qeydə alınıb.
Hadisə nəticəsində daha çox köhnə tikililər qəzalı vəziyyətə düşüb, çatlar yaranıb.
Zəlzələdə ölən və ağır bədən xəsarətləri alan şəxslər olmayıb.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hadisə rayonuna gəlib. Nazir Zaqatala və ətraf rayonlarda olub, kəndlərə baş çəkib, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş tikililərdən bəzilərinə baxış keçirib.
K. Heydərov bildirib ki, FHN-nin mütəxəssisləriniin aparacağı dəqiqləşdirmə və siyahıyaalmadan sonra zəlzələ nəticəsində tamamilə qəzalı vəziyyətə düşmüş evlər yenidən tikiləcək, təmirə ehtiyacı olanlarda isə bərpa-bərkitmə işləri aparılacaq.

Hadisə
Göygöldə çayda batan yeniyetmə ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB-1 - FOTO - VİDEO
01:59
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
20:07
18 may 2024
Quba-Xaçmaz yolunu sel basıb - FOTO
19:27
18 may 2024