Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşlarının apellyasiya şikayəti təmin olunmayıb

Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşlarının apellyasiya şikayəti təmin olunmayıb
# 16 may 2012 08:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri Səfər Hüseynov və qurumun digər əməkdaşlarının apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər Hüseynov 11 il, Kərim Muradov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən digər təqsirləndirilənlər Hikmət Şirinov, Dunay Şirəliyev, Mayisə Qurbanova, Elnarə Hüseynova, Mehparə Əliyeva, Təranə Cavadova, Sevda İsmayılova, Tükəzban Kərimova, Kamilə Hüseynova və Akif Sərkərov şərti cəza alaraq, azadlığa buraxılıblar. Onlar Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 314-cü (səhlənkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR