Misirdə ümummilli tətil keçirilib

Misirdə ümummilli tətil keçirilib
# 12 fevral 2012 01:36 (UTC +04:00)
Bakı-APA. Misirdə bir necə siyasi və gənclər təşkilatlarının təşəbbüsü ilə ümummilli tətil keçirilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları hakimiyyətin hərbçilərdən mülki hökumətə verilməsini tələb edərək vətəndaş itaətsizliyinə çağırıblar.
Qahirənin Təhrir meydanında keçirilən etiraz aksiyasında əvvəlki mitinqlərlə müqayisədə nisbətən az insan iştirak edib.
Bəzi partiyalar tətilin keçirilməsini pisləyib.
Parlamentdə ən çox yer qazanan Müsəlman qardaşlığı tətilə qatılmayıb. .
Ölkəni idarə edən Hərbi şura aksiya təşkilatçılarını şiddətli tənqidə tutub.
Şura xəbərdarlığında bildirib ki, aksiya ölkəni “xaos və dağıntıya” sürükləyə bilər.
Bir neçə idarə rəhbəri o cümlədən Dəmir yol kompleksinin başçısı milli iqtisadiyyatı dəstəkləmək üçün işləyəcəyini bildirib.
Prezident Mübarəkin devrilməsindən sonra ölkə başına gələn hərbi iqtidar prezident seçkilərinin iyun ayında keçiriləcəyini təsdiq etsə də, səsvermənin konkret gününü təyin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR