“Quba tarixi” adlı kitab nəşr olunacaq

“Quba tarixi” adlı kitab nəşr olunacaq
# 16 oktyabr 2012 08:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Quba tarixi” adlı kitab nəşr olunacaq.

APA-nın xəbərinə görə, Quba rayon İcra Hakimiyyəti (RİH) “Quba tarixi”nin yazılması ilə bağlı təşəbbüslə çıxış edib. Bununla bağlı Tarix İnstitutunda keçirilən müzakirələrdə institutun dissertantı, Quba rayon İcra Hakimiyyətinin əməkdaşı Rəxşəndə Bayramova da iştirak edib.

Quba RİH-in göstərişi ilə Quba tarixi ilə bağlı xeyli sənəd materialları toplanılıb. Quba RİH bu əsərin yazılıb başa çatdırılması və nəşriyyata təqdim olunması ilə bağlı Tarix İnstitutuna müraciət edib. Kitabın yazılması üçün müxtəlif tarixi dövrlər nəzərə alınaraq mütəxəssislərdən ibarət tədqiqatçı qrupu yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR