Mirmahmud Mirəlioğlu: “Səkkiz müxalifət partiyası arasında seçki koalisiyasının yaradılacağı inandırıcı görünmür”

Mirmahmud Mirəlioğlu: “Səkkiz müxalifət partiyası arasında seçki koalisiyasının yaradılacağı inandırıcı görünmür”
# 16 avqust 2012 07:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Səkkiz müxalifət partiyasının seçki koalisiyası yaradacağı hələlik inandırıcı görünmür”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

M. Mirəlioğlu bildirib ki, toplantıda iştirak edən səkkiz partiya sədrinin müxalifətin seçki koalisiyasının yaradılmasına istək nümayiş etdirəcəyinə də inanmır. Onun sözlərinə görə, tədbiri keçirən, təklif səsələndirən və bunu təqdir edən partiya rəhbərləri hətta reallaşdırmaq imkanları olsa belə, bu məsələni müsbət dəyərləndirməyəcəklər: “Çünki buna əməkdaşlığın formalarının axtarılması istiqamətində təşəbbüs kimi yanaşırlar”.

M. Mirəlioğlu onu da qeyd edib ki, ötən həftə səkkiz müxalifət partiyası sədri arasında keçirilən görüşdə seçki koalisiyasının yaradılması ilə bağlı təklif birmənalı şəkildə irəli sürülməyib.

Qeyd edək ki, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ötən həftə səkkiz siyasi partiya sədrini iftar süfrəsinə dəvət edib. Restoranların birində baş tutan iftar süfrəsinə KXCP sədri Mirmahmud Mirəlioğlu, Müsavat başqanı İsa Qəmbər, Ümid Partiyasının sədri İqbal Ağazadə, AMİP sədri Yusif Bağırzadə, AXCP sədri Əli Kərimli, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR