Azərbaycan parlamentinin ilin sonunadək üç yeni qanun qəbul edəcəyi gözlənilir - YENİLƏNİB

Azərbaycan parlamentinin ilin sonunadək üç yeni qanun qəbul edəcəyi gözlənilir - <font color=red>YENİLƏNİB</font>
# 31 oktyabr 2012 11:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycan parlamentinin daha iki yeni qanun layihəsini qəbul edəcəyi gözlənilir. «APA-Ecnomics»in məlumatına görə, bunu Milli Məclisin İqtisad siyasət Komitəsinin sədri Ziyab Səmədzadə bildirib.

Z.Səmədzadənin sözlərinə görə, ilin sonunadək Milli Məclisdə «Ölçmələrin vəhdəti haqqında» qanun layihəsi və Rəqabət Məcəlləsinin layihəsinə baxılacaq. «Çalışacağıq ki, bu sənədlər ilin sonunadək qəbul olunsun».

Bununla yanaşı, parlamentinin payız sessiyasında «Qiymətləndirmə fəaliyyəti haqqında» qanun layihəsinin qəbul edilməsi planlaşdırılır. Qeyd edək ki, bu qanun layihəsi artıq birinci oxunuşda müzakirədən keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR