USAİD Dağlıq Qarabağa 3 milyon dollar qrant ayırıb

USAİD Dağlıq Qarabağa 3 milyon dollar qrant ayırıb
# 12 iyun 2012 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistanın nəzarəti altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə 3 milyon dollar qrant ayırıb. APA-nın ABŞ hökumətinin federal biznes-imkanları (FBO) saytına istinadən verdiyi məlumata görə, 3 illik layihə çərçivəsində Xocavənd rayonunda 4200 insanın yaşadığı 7 kəndinin su təchizatı sisteminin yenidən qurulması nəzərdə tutulur.

Saytda qeyd edilib ki, Qarabağla bağlı layihənin maliyyələşdirilməsi USAID-in Ermənistandakı ofisi vasitəsilə həyata keçiriləcək. Baxmayaraq ki, layihə elanında Qarabağın Azərbaycan regionu olduğu göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR