"ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq".
APA-nın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
Baş direktor hazırlanacaq hesabatın hərtərəfli və ədalətli olacağına inandığını bildirib: “Texniki missiyanın hesabatı işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirməni verəcək".
O bildirib ki, ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək: "Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik və bundan sonra texniki missiyanın səfərini həyata keçirməyə çalışacağıq".