APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, monitorinq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək.
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında keçiriləcək. Monitorinq zamanı Kaspşik və həmsədrlər təmas xəttinin minalardan təmizlənmiş hissəsindən qarşı tərəfə keçəcəklər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir. Onlar sabah Azərbaycan rəhbərliyi ilə görüş keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.