Bank Of Baku

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə Yevlaxda Respublika bələdiyyələrinin II toplantısı keçirilib
# 25 iyun 2008 16:41 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbirdə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Şəhər və Kənd Bələdiyyələri Assosiasiyalarının rəhbərləri, ətraf rayonların İcra Hakimiyyəti başçıları, bələdiyyə sədrləri iştirak ediblər. Hesabat xarakterli toplantıda bələdiyyələrin fəaliyyəti, gördüyü işlər, gələcək planları barədə müzakirələr aparılıb. R. Mehdiyev bələdiyyələrin uğurları ilə yanaşı çatışmazlıqların olduğunu da vurğulayıb. O, Azərbaycan bələdiyyələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin görüldüyünü bildirib. R. Mehdiyev daha sonra Yevlax-Mingəçevir Dairə Seçki Komissiyasının inzibati binasına baş çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR