Bank Of Baku

Canni Bukikkio: “Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır”

Canni Bukikkio: “Əsas məsələ Seçki Məcəlləsinin necə tətbiq olunmasıdır”
# 25 iyun 2008 17:29 (UTC +04:00)
O, Azərbaycanda pozitiv inkişaf getdiyini, lakin müəyyən problemlərin həllinə ehtiyac duyulduğunu söyləyib: “Azərbaycanda qanunlar beynəlxalq standartlara uyğunlaşdırılır, amma çatışmayan cəhət onların həyata keçirilməməsidir. Xüsusilə ədliyyə və hüquq sahəsində müəyyən çatışmazlıqlar var”. Seçki Məcəlləsinə edilən dəyişiklikləri dəyərləndirən Canni Bukikkio yeni məcəlləni daha yaxşı sənəd adlandırıb: “Amma bu, o demək deyil ki, Seçki Məcəlləsi mükəmməldir. Məcəlləni daha da yaxşılaşdırmaq olar. İndi əsas məsələ bu məcəllənin necə tətbiq olunmasıdır. Seçki Məcəlləsində əsas problem seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır. Təbii ki, ideal seçki komissiyası təşkil etmək çətindir. Hesab edirəm ki, ən yaxşı həll modeli tapılana kimi seçki komissiyasının səlahiyyətləri iqtidarla müxalifət arasında bölünə bilər”. O, seçkilərin ədalətli keçiriləcəyinə inandığını deyib: “Mən optimistəm və ümid edirəm ki, seçkilər ədalətli keçiriləcək və bütün dünya tərəfindən qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR