Bank Of Baku

Həmsədrlər regiona səfərləri çərçivəsində Xankəndinə gedəcəklər

Həmsədrlər regiona səfərləri çərçivəsində Xankəndinə gedəcəklər
# 25 iyun 2008 22:37 (UTC +04:00)
APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanındakı əməkdaşının verdiyi məlumata görə Fasie Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə xalqımızı təbrik edib, sabah keçiriləcək paradda iştirak edəcəyini deyib. O bildirib ki, hələlik sülh sazişi yoxdur: “Münaqişə 15 ildir ki, davam edir. Əsl sülhü yaratmaq isə müdriklik, mənəvi güc və iradə tələb edir”.Fransalı həmsədr deyib ki, sabah ATƏT-in Minsk Qrupunun digər həmsədrləri Yuri Merzliyakov və Metyu Brayza da Bakıya gələcəklər.Cümə günü onlar Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşəcəklər. Həmsədrləri prezident İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.Daha sonra isə həmsədrlər İrəvana gedib Edvard Nalbandiyan və Serj Sarkisyanla görüşəcəklər. Bundan sonra həmsədrlər Xankəndində olacaq, yenidən İrəvana qayıdacaq və oradan Vyanaya yola düşəcəklər. B.Fasye onu da söyləyib ki, iyunun 30-da Vyanada ATƏT-in Mins Qrupunun geniş formatda görüşü keçiriləcək. Həmsədrlər orada danışıqlar barədə məlumat verəcəklər. Fransalı həmsədr onu da qeyd edib ki, onlar hazırda XİN başçıları ilə birlikdə prezidentlərin tapşırıqlarına əsasən “Madrid prinsipləri”nin üzərində iş aparırlar. Bu işin Azərbaycanda keçiriləcək prezident seçkilərindən əvvəl və ya sonra başa çatacağı isə hələlik məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR