Bank Of Baku

Azərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir

Azərbaycan paytaxtında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun seminarı keçirilir
# 26 iyun 2008 08:58 (UTC +04:00)
APA-nın məlumatına görə, alyansa üzv və tərəfdaş ölkələrin nümayəndələrinin qatıldığı iki günlük tədbirdə PfF Etimad Fondunun dəstəyi ilə həyata keçirilən layihələrin təqdimatının keçirilməsi planlaşdırılır. Tədbirdə çıxış edən NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib ki, Etimad Fondu partlamamış hərbi sursatların və minaların zərərsizləşdirilməsi ilə bağlı çoxlu layihəni maliyyələşdirir: “Bunlardan ikisi - “Partlamamış hərbi sursatların ləğvi üzrə Saloğlu” və “Melanjın ləğvi” layihələri Azərbaycanda həyata keçirilib. NATO-nun dəstəyi ilə Azərbaycanda xeyli minalı sahə təmizlənib ki, bu da böyük uğurdur”.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov isə bildirib ki, Etimad Fondunun seminarı ABŞ və Lüksemburqdan sonra üzv və tərəfdaş ölkələr arasında Azərbaycanda keçirilir. N. İsmayılov seminarın əlaqələrin genişlənməsində böyük rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə müxtəlif layihələr, hərbi personala təlimlərin keçirilməsi və s. nəzərdən keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR