Bank Of Baku

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümüdür
# 26 iyun 2008 09:03 (UTC +04:00)
Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə təcrübəli hərbçi, general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər. Qısa müddətdə silahlı qüvvələrin təşkilinə başlanıb və 30 minlik qoşun formalaşdırılıb. Milli Ordu Osmanlı İmperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb. Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər - Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.
Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Azərbaycan prezidentinin 1998-ci il 22 may tarixli fərmanı ilə hər il 26 iyun Azərbaycanda Milli Ordunun yaradılması günü kimi qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR