Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri bölgənin ən güclü ordusudur”

Prezident İlham Əliyev: “Azərbaycan Silahlı Qüvvələri bölgənin ən güclü ordusudur”
# 26 iyun 2008 10:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, Azərbaycan xalqını bu gün münasibətilə təbrik edən dövlət başçısı ordunun yaranmasını ölkənin tarixində əlamətdar hadisə adlandırıb. Prezident qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaranması zərurəti ortaya çıxıb: “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ordu quruculuğu prosesi başladı. Heydər Əliyevin müstəsna xidmətləri nəticəsində ordu quruculuğu prosesi çox sürətlə aparıldı”.
Prezident deyib ki, ordunun güclənməsi üçün bu gün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır: “Mən çox şadam ki, bu gün Azərbaycan ordusu ən yüksək standartlara cavab verir”. İ. Əliyev ordunun peşəkarlığı ilə yanaşı, maddi-texniki bazasının da möhkəmləndiyini qeyd edib, bu istiqamətdə son illər çox böyük işlər görüldüyünü vurğulayıb: “2003-cü ildə Azərbaycanın hərbi xərcləri indikindən 10 dəfə az idi. Azərbaycanın ümumi hərbi xərcləri bu gün 2 milyard dollardan artıqdır. Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminəm ki, bundan sonrakı illərdə də belə olacaq”.
Dövlət başçısı çıxışında onu da deyib ki, Azərbaycan Ordusu üçün lazım olan hərbi texnika və silah-sursatın ölkədə istehsalının tərəfdarıdır: “Bunu etmək üçün ölkəyə yeni texnologiyalar gətirilməli, peşəkar mütəxəssislər hazırlanmalı, lazımi miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Bütün amillər Azərbaycanda mövcuddur”.
İ. Əliyev Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət xərclərinə bərabər olduğunu, növbəti illərdə də bu xərclərin daha da artırılacağını nəzərə çatdırıb. Ali Baş Komandan Azərbaycanın müharibə şəraitində yaşadığını, müharibənin hələ bitmədiyini qeyd edərək, “Torpaqlarımızı azad etməyə hazır an hazır olmalıyıq, biz məhz bu məqsədlə güclü ordu yaradırıq”, - söyləyib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun zamandan bəri aparılan danışıqlara toxunan İ. Əliyev Azərbaycan xalqının artıq bu danışıqlardan yorulduğunu qeyd edib: “Biz hesab edirik ki, danışıqlar əbədi aparıla bilməz. Düzdür, danışıqlar prosesində müsbət irəliləyişlər var. Bu gün müzakirə predmeti olan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülür. Danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir mexanizm yoxdur”. Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını deyən prezident Azərbaycanın hələ ki, danışıqları davam etdirmək niyyətində olduğunu açıqlayıb: “Mən əminəm ki, biz bütün səylərimizi səfərbər edib, diplomatik, iqtisadi, hərbi siyasətimizi gücləndirərək məqsədimizə nail olacağıq. Haqq-ədalət, beynəlxalq birlik, iqtisadi imkanlar, hərbi üstünlük bizim tərəfimizdədir”. Prezident Azərbaycan Ordusunun bölgənin ən güclü ordusu olduğunu da diqqətə çatdırıb, ordunun güclənməsi üçün bundan sonra da bütün addımlar atılacağını vurğulayıb.
İlham Əliyev nitqinin sonunda hərbi paradın keçirilməsini böyük hadisə kimi qiymətləndirib, bu gün münasibətilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini və Azərbaycan xalqını bir daha təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR