Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Dağıstan prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
# 27 iyun 2008 07:23 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Muxu Əliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, əvvəlcə prezidentlərin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsindən, bu baxımdan ölkəmizin Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Dağıstanla əməkdaşlığının uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Dövlət başçısı İ. Əliyev Azərbaycanla Dağıstan arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və yeni sahələri əhatə edəcəyinə əminliyini bildirib. Azərbaycanla Dağıstan arasında ənənəvi tarixi, mədəni yaxınlığın olduğunu diqqətə çatdıran M. Əliyev Bakıya növbəti səfərinin əlaqələrin daha da inkişafına xidmət etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR