Bank Of Baku

ABŞ dövlət katibinin müavini Azərbaycanın müxalifət liderləri ilə görüşüb

ABŞ dövlət katibinin müavini Azərbaycanın müxalifət liderləri ilə görüşüb
# 27 iyun 2008 07:39 (UTC +04:00)
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, ABŞ səfiri Ann Dersinin iştirakı ilə keçirilən görüşdə ölkədə demokratiya və insan haqlarının vəziyyəti, jurnalistlərin həbsi, söz azadlığı sahəsindəki problemlər, qarşıdan gələn prezident seçkiləri, Azərbaycanda demokratik islahatlar ətrafında müzakirələr aparılıb. Görüşdə AXCP sədri Əli Kərimli, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Müsavat başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə və E. Namazov iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində D. Kramer rəsmi şəxslərlə də görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR