Bank Of Baku

AMİP MSK sədri Məzahir Pənahova müraciət edib

AMİP MSK sədri Məzahir Pənahova müraciət edib
# 16 iyul 2008 11:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə MSK üzvləri və qurumun məsul şəxsləri siyasi bəyanatlar verməməyə çağırılıb. AMİP xüsusən də MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin cəzalandırılmasını tələb edib: “MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev partiyanın seçki siyahıları ilə bağlı MSK-ya ünvanladığı etiraza mətbuatda münasibət bildirərkən AMİP-i zəif partiya adlandırıb. O deyib ki, AMİP elə də güclü və əhəmiyyətli partiya deyil ki, biz onlardan qorxaq. AMİP MSK üzvlərinin bu cür siyasi mövqe nümayiş etdirməsini yanlış hesab edir”. Müraciətdə bildirilir ki, etiraz öz həllini tapmasa, partiya məhkəmə instansiyasına şikayət etmək məcburiyyətində qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR