Bank Of Baku

Vasif Talıbov İran prezidenti ilə görüşüb

Vasif Talıbov İran prezidenti ilə görüşüb
# 16 iyul 2008 11:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Milli Məclisin Azərbaycan-İran dostluq qrupunun həmsədri Vasif Talıbov İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Mahmud Əhmədinejadla görüşüb. APA-nın məlumatına görə, iyulun 15-də keçirilən görüşdə M. Əhmədinejad bildirib ki, İran və Azərbaycan dövlətləri hər iki xalq arasında dostluq münasibətlərinin qorunmasında maraqlıdır. M. Əhmədinejad Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə bütün sahələrdə əlaqələrin bütün sahələrdə bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. İran prezidenti hər iki xalqın ortaq tarixə və mədəniyyətə malik olduğunu da söyləyib. V. Talıbov isə əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının səylərini qeyd edib. Qeyd edək ki, V. Talıbov 3 günlük səfər çərçivəsində İranın xarici işlər naziri Maniçöhr Möttəki və parlamentin sədri Əli Laricani ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR