Bank Of Baku

Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib

Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib
# 16 iyul 2008 11:49 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələrin qurulmasının 15 illiyinə həsr olunmuş xüsusi buraxılış nəşr edilib. APA-nın məlumatına görə, “Azərbaycan-Belarus. Dostluq və əməkdaşlığın 15 illiyi” adlanan nəşr Azərbaycan İqtisadçılar Birliyi tərəfindən Belarusun Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb. Nəşrdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərdən bəhs edən məqalə, Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin oxuculara müraciəti, hökumətlərarası və parlamentlərarası əməkdaşlığa dair məqalələr, iqtisadi əlaqələri, iki ölkənin iqtisadiyyatını, mədəniyyətini və turizm imkanlarını əks etdirən materiallar və fotoşəkillər yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR