Bank Of Baku

Səfir Qabriel Keller: “Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür”

Səfir Qabriel Keller: “Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür”
# 17 iyul 2008 10:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Fransa Azərbaycanı öz enerji təhlükəsizliyini təmin edəcək ölkə kimi görür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Qabriel Keller deyib. Fransa və Avropa Birliyinin bu mövzuda Azərbaycanla danışıqlar apardığını söyləyən səfir “Nabucco” layihəsinə də münasibət bildirib. O, Fransa hökumətinin bu layihəyə maliyyə ayırmaq niyyətində olmadığını, lakin layihə ilə maraqlandıqlarını vurğulayıb: “”Nabucco” şirkətlərin layihəsidir və Fransanın “Total” şirkəti də bu layihənin həyata keçirilməsində maraqlıdır”. Səfir bəyan edib ki, Fransa hazırda Avropa Birliyinə sədrlik edən ölkə kimi Avropanın enerji təhlükəsizliyində maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR