Bank Of Baku

“Azadlıq” blokunun Məclisinin iclası təxirə salınıb

“Azadlıq” blokunun Məclisinin iclası təxirə salınıb
# 26 iyul 2008 10:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokunun Məclisinin iyulun sonlarında keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, Məclisin iclasının təyin olunmasında əsas məqsəd prezident seçkiləri ilə bağlı yekun qərarın verilməsi idi. Artıq bu məsələyə bloka üzv olan partiyaların Ali Məclislərinin iclasında baxıldığını və boykot qərarının qəbul edildiyini bildirən Ə. Əliyev buna görə də Məclisin iclasının keçirilməsinə ehtiyac görmədiklərini vurğulayıb. “Azadlıq” blokunun Sədrlər Şurasının iclaslarının keçirilməməsinə də aydınlıq gətirən Ə. Əliyev bunu yay fəsli və havaların isti keçməsi ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR