Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirilməsinə cəhd göstərilib

Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirilməsinə cəhd göstərilib
# 26 iyul 2008 11:24 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Hədəf” Gənclər Koalisiyasının bir qrup üzvü bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, əvvəlcədən ərazini nəzarətə götürmüş Səbayel rayon Polis İdarəsinin əməkdaşları piketçilərin MSK-nın binasına yaxınlaşmasına imkan verməyiblər. “Azad seçki” şüarı səsləndirərək qurumun binasına doğru yaxınlaşmağa çalışan aksiyaçıların qarşısı polis tərəfindən alınıb, altı nəfər saxlanılaraq 39 saylı polis bölməsinə aparılıb. Bununla belə, aksiya iştirakçıları piketin qətnaməsini səsləndirə biliblər. Qətnamədə ölkədə azad seçki keçirmək üçün normal şəraitin yaradılması, Seçki Məcəlləsinin dəyişdirilməsi, sərbəst toplaşmaq azadlığının bərpası tələb edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR