Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
# 28 iyul 2008 07:03 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyulun 27-də saat 23.25-dən 23.30-dək və iyulun 28-də saat 03.10-dan 03.20-dək Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 22.10-dan 22.20-dək və iyulun 28-də saat 03.10-dan 03.20-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Bağanis Ayrım kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.30-dan 00.45-dək və 05.45-dən 06.05-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 22.00-dan 22.30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.45-dən 00.25-dək isə fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR