Bank Of Baku

Müsavat Partiyasının Məclisindəki 29 yerə 36 iddiaçı var

Müsavat Partiyasının Məclisindəki 29 yerə 36 iddiaçı var
# 28 iyul 2008 10:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Məclisində boş qalan yerlərə namizədlərin irəli sürülməsi üçün müəyyənləşdirilmiş müddət bu gün saat 12.00-da başa çatıb. Məclisin katibi Tofiq Yaqublunun APA-ya verdiyi məlumata görə, qurumdakı 29 yerə 36 nəfər öz namizədliyini irəli sürüb. Partiya təmsilçisi boş yerlərin 5-nin qadınlar üçün müəyyən edilmiş kvota olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda Müsavat Məclisinin 143 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR