Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP-in qurultayının kimin günahı ucbatından baş tutmadığını partiyada hamı bilir”

Fəqani Məhərrəmov: “AMİP-in qurultayının kimin günahı ucbatından baş tutmadığını partiyada hamı bilir”
# 28 iyul 2008 11:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi partiyanı yeni dövrə hazırlamağı və qurultayı keçirməyi hansısa məqsədlərə görə ləngitdi. Bundan sonrakı mərhələdə isə artıq qurultayın keçirilməsinin heç bir əhəmiyyəti qalmayıb”. Bunu APA-ya açıqlamasında AMİP sədrliyinə iddialı, partiyanın Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov deyib. Onun sözlərinə görə, bir sıra rayon təşkilatları partiya rəhbərliyinə etiraz olaraq ötən ilin sonlarından fəaliyyətə başlayıb: “Bu fəaliyyətin nəticəsi olaraq bəzi istefalara nail ola bildik. Amma digər rayon təşkilatları dəstək vermədiyindən qurultayı keçirmək mümkün olmadı. Qurultayın baş tutmamasının günahının kümdə olduğunu partiyada hamı bilir. AMİP rəhbərliyi və partiya Aparatı qurultayı ləngitdi. Qurultay ən azı apreldə keçirilməli idi ki, partiya seçkilərə hazırlaşa bilsin”. F. Məhərrəmovun sözlərinə görə, belə bir şəraitdə AMİP-in seçkilərdə iştirakına da ehtiyac yoxdur: “Partiya seçkilərdə iştirak edəcək vəziyyətdə deyil. Ən yaxşı variant iştirak etməməkdir. Bununla belə, partiya üzvlərinə səsvermədə iştirak qadağan olunmamalıdır”.
AMİP-in təşkilat katibi Nazim Ələsgərov isə APA-ya açıqlamasında F. Məhərrəmovun ittihamlarının əsasının olmadığını qeyd edib: “Biz qurultay keçirmək üçün yer ayrılması məqsədilə hökumətə, ayrı-ayrı qurumlara, hətta mehmanxanalara müraciət etmişik. Amma yer verməyiblərsə, burada bizim heç bir günahımız yoxdur. Ona görə də Fəqani Məhərrəmovun dedikləri həqiqətdən uzaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR