Bank Of Baku

Arif Hacılı: “Müsavat Partiyasında seçkidə iştirak və boykotun tərəfdarlarının sayı bərabərdir”

Arif Hacılı: “Müsavat Partiyasında seçkidə iştirak və boykotun tərəfdarlarının sayı bərabərdir”
# 28 iyul 2008 11:51 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası iki ay əvvəlkinə nisbətən indi prezident seçkilərini boykot etməyə daha çox meyllənib. Hazırda partiyada seçkidə iştirak və boykotun tərəfdarlarının sayı təxminən bərabərdir”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, partiya strukturlarında boykot əhval-ruhiyyəsi Seçki Məcəlləsinə neqativ dəyişikliklərdən sonra güclənib: “Mən də seçkidə iştirakın qatı tərəfdarlardan idim, amma indi fikirlərimdə ciddi dəyişikliklər var. O zaman düşünürdüm ki, 4 aylıq müddətdə ciddi dəyişikliyə nail olmaq mümkündür. Amma müddətin azaldılması və digər neqativ dəyişikliklər mövqeyimdə dəyişikliyə səbəb olub. Lakin bu o demək deyil ki, mən boykot tərəfdarlarına qoşulmuşam. Öz fikirlərimi Məclisdə bildirəcəyəm”.
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər də Məclisin iclasından əvvəl seçki ilə bağlı şəxsi fikirlərini açıqlamaq istəmədiyini deyib. Onun sözlərinə görə, Məclis üzvlərinə fikirlərini sərbəst ifadə etmək üçün imkan yaratmaq lazımdır: “Seçkidə iştirakın və boykot tərəfdarlarının öz arqumentləri var. İştirakın lehinə olanların ən güclü arqumenti ümumdemokratik mübarizədə iştirak və mübarizənin davamlılığını təmin etməkdir. Yəni seçki müddətində mübarizə üçün məhdud da olsa, imkanlar var. Boykot tərəfdarlarının ən ciddi arqumenti isə odur ki, bu şəraitdə mübarizə imkanı minimumdur. Xüsusən də real namizədlərin iştirak etmədiyi bir məqamda keçirilən seçkini seçki adlandırmaq olmaz. Düşünürəm ki, son dövrlər seçkini boykot istiqamətində arqumentlər daha da güclənib”.
Qeyd edək ki, Müsavat Partiyası seçkidə iştirakla bağlı yekun qərarını partiya Məclisinin avqustun 2-də keçiriləcək iclasında verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR