Bank Of Baku

ADP Ali Məclisinin iclasının vaxtını dəyişdirib

ADP Ali Məclisinin iclasının vaxtını dəyişdirib
# 28 iyul 2008 15:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisin avqustun 1-nə təyin etdiyi iclasının vaxtını dəyişdirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiyanın İdarə Heyətinin Bakı şəhər rayon təşkilatlarının sədrlərinin iştirakı ilə bu gün keçirilən genişləndirilmiş toplantısında Ali Məclisin iclasının avqustun 2-də keçirilməsi qərara alınıb. İclasda partiyanın prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə yekun qərar qəbul ediləcək. İdarə Heyətinin iclasında, həmçinin Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması məsələsinə də toxunulub. ADP Türkiyə-Ermənistan münasibətlərinin yeni müstəviyə keçməsinə qarşı olmadığını, Azərbaycanın maraqlarını zədələmədən bu dövlətlər arasında münasibətlərinin yaranmasını istədiyini olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR