Bank Of Baku

Azərbaycan prezidenti İstanbulda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə prezidentinə və baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti İstanbulda törədilmiş terror aktı ilə əlaqədar Türkiyə prezidentinə və baş nazirinə başsağlığı verib
# 28 iyul 2008 15:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev İstanbulda insan tələfatı ilə nəticələnmiş terror aktının baş verməsi ilə əlaqədar Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, törədilmiş amansız əməllərə qarşı hiddətini bildirən prezident İ. Əliyev insanların həyatı üçün daim təhlükə mənbəyi olan terrorizmin bütün təzahürlərini kəskin şəkildə pislədiyini vurğulayıb: “Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR