Bank Of Baku

Müsavat icazəsiz piket keçirəcək

Müsavat icazəsiz piket keçirəcək
# 28 iyul 2008 16:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında partiyanın Mitinq Komitəsinə avqustun 2-nə təyin olunmuş piketə şəhər rəhbərliyinin icazə verməyəcəyi halda aksiyanı keçirməyə cəhd göstərmək tapşırığı verilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında bildirib ki, partiya şəhər İcra Hakimiyyətinin binası qarşısına təyin olunmuş aksiya ilə bağlı bu quruma rəsmi müraciət edib. Divanın toplantısında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə bağlı sonuncu müzakirə də aparılıb. Müzakirənin Məclisin iclasında davam etdirilməsi və yekun qərar verilməsi barədə ümumi razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR