Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub
# 29 iyul 2008 07:06 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri iyulun 28-də saat 15.15-dən 15.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 20.05-dən 20.42-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 21.50-dən 23.15-dək isə fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR