Bank Of Baku

Heikki Talvitie siyasi partiyaların nümayəndələri ilə görüşüb

Heikki Talvitie siyasi partiyaların nümayəndələri ilə görüşüb
# 29 iyul 2008 16:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün ATƏT-in Bakı ofisində qurumun fəaliyyətdə olan sədrinin xüsusi elçisi, səfir Heikki Talvitie ölkədəki bir neçə siyasi partiyanın nümayəndəsi ilə görüşüb. Bu barədə APA-ya məlumat verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib ki, görüşdə o, YAP icra katibinin müavini Mübariz Qurbanlı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, ALP-nin sədr əvəzi Əvəz Temirxan, “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov, DİP sədri Asim Mollazadə iştirak ediblər.

Görüşdə ölkədəki seçkiqabağı vəziyyət, Seçki Məcəlləsi, sərbəst toplama azadlığı ilə bağlı məsələlər müzakirə edilib.

BAXCP sədri bildirilib ki, görüşdə heç bir siyasi partiya nümayəndəsi tərəfindən seçkinin boykot olunması ilə bağlı məsələyə toxunulmayıb.

Q. Həsənquliyev tərəfindən isə Dağlıq Qarabağ məsələsi qaldırılıb və müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR