Bank Of Baku

Avqustun 3-də BAXCP prezidentliyə namizədini rəsmən təsdiqləyəcək

Avqustun 3-də BAXCP prezidentliyə namizədini rəsmən təsdiqləyəcək
# 29 iyul 2008 20:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) avqustun 3-də Ali Məclisini keçirəcək. Bu barədə APA-ya BAXCP sədri Qüdrət Həsənquliyev məlumat verib. Partiya sədri bildirib ki, Ali Məclisdə təşkilatın prezidentliyə namizədi rəsmən təsdiqlənəcək. Onun sözlərinə görə, Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlər yalnız seçkilərə rəsmən start veriləndən sonra təşkilatların ali orqanları tərəfindən təsdiqlənə bilər.

Qeyd edək ki, BAXCP bu il iyunun 7-də növbəti qurultayını keçirib. Qurultayda Qüdrət Həsənquliyev yenidən partiyanın sədri seçilib və təşkilatın prezidentliyə namizədi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR