Bank Of Baku

Sərdar Cəlaloğlu: “ADP-nin prezident seçkilərini boykot etmək fikri yoxdur”

Sərdar Cəlaloğlu: “ADP-nin prezident seçkilərini boykot etmək fikri yoxdur”
# 30 iyul 2008 12:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Demokrat Partiyasının prezident seçkilərini boykot etmək fikri yoxdur. Amma seçkidə iştirak etməməklə bağlı təkliflər var və əgər Ali Məclisin iclasında iştirakın əleyhinə qərar qəbul olunacaqsa, bu qərara uyğun addım atacağam”. Bunu APA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, Ali Məclisin iclasında açıq diskussiya olacaq və hər kəs fikrini sərbəst söyləyə biləcək. Diskussiyada aktiv iştirak etməyəcəyini bildirən S. Cəlaloğlu hazırkı məqamda hansı qərarın qəbul ediləcəyini bilmədiyini deyib: “Biz açıq bildirmişik ki, partiyamızın birmənalı seçkiyə getmək fikri yoxdur. Ali Məclisdə formal bir qərar olacaq. Seçkiyə getməməyin kifayət qədər tərəfdarı var. Sadəcə, Məclisdə hesablama aparacağıq ki, hansı təklifin tərəfdarı çoxdur”. Partiya sədri bu məsələdə müxalifətin ümumi mövqedən çıxış etməsini də vacib sayır: “Mövqelərin uzlaşdırılması zəruridir. Eyni mövqedə duran partiyalar hadisələrə eyni cür yanaşmalı, vahid mövqedən çıxış etməlidir”.
Qeyd edək ki, ADP Ali Məclisinin iclası avqustun 2-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR