Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının piket keçirməsinə razılıq verməyib

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının piket keçirməsinə razılıq verməyib
# 31 iyul 2008 10:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının avqustun 1-də keçirmək istədiyi aksiyaya razılıq verməyib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, şəhər rəhbərliyini bu gün göndərdiyi cavab məktubunda aksiyanın keçirilməsi məqsədəuyğun sayılmayıb. A. Hacılı bildirib ki, icazə verilməməsinə baxmayaraq, sabah saat 12.00-da partiya BŞİH-ninn binası qarşısında piket keçirəcək. Aksiyada sərbəst toplaşmaq azadlığının bərpa edilməsi, seçkiqabağı demokratik şəraitin yaradılması tələb ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR