Bank Of Baku

MSK beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri prezident seçkilərini müşahidə etməyə dəvət edəcək

MSK beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri prezident seçkilərini müşahidə etməyə dəvət edəcək
# 31 iyul 2008 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası (MSK) seçki kampaniyasına rəsmi start verildikdən sonra beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə seçkilərdə müşahidəçiliklə bağlı dəvətnamə göndərəcək. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov APA-ya bildirib ki, qanuna uyğun olaraq MSK-nın seçki kampaniyasının elan olunmasına dair qərarı sabah mətbuatda dərc ediləcək. O, seçkilərə dəvət ediləcək qurumların siyahısının hazırlandığını və dəvətlərin MSK ilə bərabər Milli Məclis və Xarici İşlər Nazirliyi tərəfindən də göndəriləcəyini söyləyib. Şöbə müdirinin sözlərinə görə, dəvət edilən təşkilatlar dəvəti aldıqdan sonra seçkiləri müşahidə edib-etməyəcəkləri haqda MSK-ya cavab məktubu göndərməlidirlər: “Yalnız bundan sonra hansı qurumların müşahidə həyata keçirəcəyi dəqiq bilinəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR