Bank Of Baku

Prezident seçkilərində “exit-poll” keçirmək üçün beynəlxalq təşkilatlardan hələlik MSK-ya müraciət edən yoxdur

Prezident seçkilərində “exit-poll” keçirmək üçün beynəlxalq təşkilatlardan hələlik MSK-ya müraciət edən yoxdur
# 31 iyul 2008 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərində hansı təşkilatların “exit-poll” keçirəcəyi hələlik bəlli deyil. Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov APA-ya açıqlamasında “exit-poll” haqqında danışmağın hələlik tez olduğunu bildirib: “Əgər belə təşkilatlar olacaqsa, niyyətlərini açıqlayacaq və MSK-ya müraciət edəcəklər. Bizim “exit-poll”a bağlı hər hansı təşkilata müraciətimiz olmayacaq. Bu vaxta qədər isə hər hansı təşkilat müraciət etməyib”. R. Qasımov “exit-poll” keçirmək istəyən təşkilatlar üçün qanunda hər hansı məhdudiyyətin nəzərdə tutulmadığını bildirib.
Ötən parlament seçkilərində “exit-poll” keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) da prezident seçkilərində bu tipli sorğu keçirib-keçirməyəcəyini hələlik müəyyənləşdirməyib. Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı APA-ya bildirib ki, ötən seçkilərdə bəzi beynəlxalq təşkilatlar onlara müraciət etdikdən sonra birgə “exit-poll” keçiriblər: “Amma prezident seçkiləri ilə bağlı hələlik belə müraciətlər yoxdur. Ötən seçkilərdə bizimlə “exit-poll” keçirən təşkilatlar bu dəfə sadəcə müşahidə təşkil etmək fikrindədirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR