Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi növbəti dəfə pozub
# 31 iyul 2008 10:57 (UTC +04:00)
Dağlıq Qarabağ – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 30-da saat 16.05-dən 16.25-dək və 23.15-dən 23.35-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 18.25-dən 18.30-dək, 22.35-dən 23.45-dək və iyulun 31-də saat 00.30-dan 00.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.35-dən 23.45-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 31-də saat 02.15-dən 02.40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR