Bank Of Baku

Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürüləcək

Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürüləcək
# 31 iyul 2008 11:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin avqustun 2-də keçiriləcək iclasında partiyanın sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyinin irəli sürüləcəyi gözlənilir. Bu barədə APA-ya M. Mirəlioğlunun özü məlumat verib. O bildirib ki, partiyanın seçkilərdə iştirakla bağlı qərarı var və bu qərara dəyişiklik edilməsi nəzərdə tutulmur: “Ali Məclisin iclasında seçkidə hansı formada iştirak edəcəyimizi müəyyənləşdirəcəyik. Mənim namizədliyimin irəli sürülməsi ehtimalı böyükdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR