Bank Of Baku

MSK prezident seçkilərinə natamamam heyətlə gedir

MSK prezident seçkilərinə natamamam heyətlə gedir
# 31 iyul 2008 11:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası seçki komissiyalarında partiya üçün ayrılmış yerlərə nümayəndə göndərməyəcək. Bunu APA-ya açıqlamasında partiyanın Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, partiya seçki komissiyalarının formalaşdırılması prinsipi ilə bağlı irəli sürdüyü təklif nəzərə alınmayıb: “Buna görə də hazırda komissiyalara nümayəndə göndərmək üçün səbəb yoxdur. Komissiyalara nümayəndə göndərməməklə bağlı qərarımızda dəyişiklik etmək üçün əsas görmürük”.
MSK-nın katibi Natiq Məmmədov isə APA-ya deyib ki, qurumun tərkibinin tam formalaşdırılması onların səlahiyyətində deyil: “Bu Milli Məclisin səlahiyyətində olan məsələdir”.
Qeyd edək ki, hazırda MSK-da iki yer boşdur. Onların biri Müsavat Partiyasına, digəri isə müxalifətlə razılaşdırılması tələb olunan bitərəflərin nümayəndəsidir. MSK-nın tərkibi tam formalaşmadığından qurumun katib postundan biri də boş qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR