Bank Of Baku

Müasir Müsavat Partiyasının Siyasi Şurası Hafiz Hacıyevin prezidentliyə namizədliyini rəsmiləşdirib

Müasir Müsavat Partiyasının Siyasi Şurası Hafiz Hacıyevin prezidentliyə namizədliyini rəsmiləşdirib
# 31 iyul 2008 11:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurası bu ilin payızında keçiriləcək prezident seçkilərində partiya sədri Hafiz Hacıyevin namizədliyini rəsmi olaraq irəli sürüb. MMP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Siyasi Şuranın bugünkü toplantısında qərar yekdilliklə qəbul edilib. Qeyd edək ki, MMP bu ilin 19 iyununda qurultayını keçirib və qurultayda H. Hacıyevin partiyanın namizədi olması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR