Tənzilə Rüstəmxanlı: “Türkiyədə həbs olunanların cinayət törətdiyinə inanmıram”
- İttihamnamədə adımızın olması ilə bağlı Azərbaycan və Türkiyə mətbuatında xeyli vaxtdır yazılar gedir. Biz neçə müddət idi Kıbrısda idik, sonra Türkiyəyə gəldik. Orada dostlarımızla görüşdük, Türk Dünyası Araşdırmalar Vəqfinin konfransında iştirak etdik. Ona görə də mətbuatda yazılanlara cavab vermək imkanımız olmayıb. Həbs olunanlardan Sevgi Erenerolun ifadəsində Tənzilə Rüstəmxanlının adı keçib. Burda qeyri-adi nə var ki? Tənzilə Rüstəmxanlı Azəri-Türk Qadınlar Birliyinin başqanıdır. Sevgi Erenerol da uzun müddət tanıdığım adamdır və bizim cəmiyyətin Türkiyə təmsilçisi olub. Onunla 1993-cü ildən bəri tanışlığım var və ailəvi dostluğumuz yaranıb. Təbii ki, dəfələrlə telefon əlaqəsi saxlamışıq. Mən ittihamnaməni bütünlüklə oxumuşam. Sevgi Erenerola sual verirlər ki, Azərbaycana niyə getmişdiniz? Sevgi xanım cavab verir ki, Azərbaycanda keçirilən konfranslarda, Tənzilə Rüstəmxanlının Xocalı soyqrımı ilə bağlı təşkil etdiyi tədbirdə iştirak edib. Sevgi Erenerol Tənzilə Rüstəmxanlını tanıyana qədər də Azərbaycana gəlib, tanıyandan sonra da. Onda gərək Türkiyədən bura axın edənlərin hamısının adı ittihamnaməyə yazılsın. Mənim adım orada bu şəkildə hallanıb. Keçirdiyimiz tədbirlərlə bağlı Sevgi xanıma zəng etmişəm, onun telefonu dinlənilib və danışıqlarımız qeyd edilib. Həbs edilən digər tanınmış şəxslər – vəkil Kamal Kerinçsiz və DAK-ın Türkiyə təmsilçisi, general Vəli Kiçiklə də söhbətlərimiz olub. Yəni məsələ bundan ibarətdir. Bununla bağlı hələ bizdən heç nə soruşmayıblar, bizi heç nədə günahlandırmayıblar. Amma bəzi qəzetlər elə təqdim edirlər ki, guya biz cinayət törətmişik.
- İttihamnamədə Azərbaycandan başqa kimlərin adı var?
- Mən ad çəkmək istəmirəm. Vəli Kiçik kiminlə danışıbsa, kimə salam veribsə, hamısının adı var. Yəni o qədər mənasız, boş şeylər var ki... Amma onu da deyim ki, illərlə Vəli Kiçiklə dostluq edənlər, onun imkanlarından yararlananlar, onun maliyyə yardımı ayırdığı qəzetlər səslərini çıxarmadılar.
- İstintaqa dəvət ediləcəyinizi gözləyirsinizmi?
- Məni nəyə görə istintaqa cəlb etməlidirlər ki?! Həbslərin getdiyi vaxt mən Türkiyədə idim və konfranslar keçirirdim. Elə indi də Türkiyədən gəlirəm, günahım olsaydı, hava limanında saxlayıb ya ifadə alardılar, ya da həbs edərdilər. Mən Türkiyədə həbs edilənlərin də cinayətkar olduğuna inanmıram.
- Həbs edilənlərin müdafiəsi üçün hansısa addımlar atacaqsınızmı?
- İlk gündən Sabir bəylə birgə onları müdafiə etməyə başlamışıq. Lazım gəlsə, yenə də müdafiə edəcəyik. Ən azından bu adamlar – Sevgi Erenerol, Kamal Kerinçsiz bizim ailə dostlarımızdır. Onların təmizliyinə inanırıq. Vəli Kiçik paşa haqqında deyilənlərdən xəbərimiz yoxdur, biz onu Azərbaycanın adı gələndə gözləri yaşla dolan adam kimi tanımışıq. Sevgi xanıma qarşı irəli sürülən ittihamların həqiqətlə əlaqəsinin olmadığına qəti inanıram. Bunlar məhkəmədə üzə çıxacaq.
Daxili siyasət
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Xəbər Lenti
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO