Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 01 avqust 2008 07:21 (UTC +04:00)
Dağlıq Qarabağ. Rəşad Süleymanov – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 31-də saat 20.00-dan 20.10-dək və 22.10-dan 22.30-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 21.30-dan 22.05-dək və avqustun 1-də saat 04.50-dən 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.35-dən 00.50-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.20-dək və 06.45-dən 07.00-dək Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR